Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Almaniyalı deputat Florian Han:" Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir"


“Xocalı aeroportunu yenidən istifadəyə vermək cəhdləri əks nəticə verəcək və Azərbaycanın hava məkanının bütövlüyü təmin edilməlidir”

Apanın məlumatına görə, bunu Almaniya Bundestaqının deputatı, Müdafiə komitəsinin üzvü Florian Han deyib.

O qeyd edib ki, BMT öz qətnamələrində Dağlıq Qarabağın statusuna aydınlıq gətirib:
“İşğal beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. İki ölkə arasında sülhə yalnız işğala son qoyduqdan sonra nail olmaq olar.
Sülh prosesinə mane olmaq üçün bütün təxribatlardan qaçmaq lazımdır.
Lakin Xocalı aeroportunun yenidən açılmasına yönələn cəhdlər əks effekt verəcək“

O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrində bəyan edilib.
Ona görə də Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmalıdır.
XS
SM
MD
LG