Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 05:02

İslamı tənqid edən yazara atəş açdılar

-

Danimarkada İslamı tənqid etməsi ilə tanınan yazıçı, tarixçi Lars Hedegaard-ın həyatına qəsd etmək istəyiblər.

Naməlum şəxs ona atəş açsa da, güllə hədəfə dəyməyib.

Həmin şəxs yazıçının evinə qutu gətirmək bəhanəsi ilə gəlibmiş.

Kopenhagen polisi bildirib ki, yazıçıya xətər toxunmayıb.

Lars Hedegaard Danimarkanın Azad Fikir Cəmiyyətinin sədridir.

Qurum İslamın tənqidi ilə bağlı müzakirələr keçirib.

2011-ci ildə Danimarkanın hüquq-mühafizə orqanları Hedegaard-ı müsəlmanlar haqda sözlərinə görə min dollar cərimə etmişdi.

O həm də Məhəmməd peyğəmbərin karikaturalarını çəkmiş rəssam Lars Vilksi müdafiə edir.
This item is part of
XS
SM
MD
LG