Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Ötən il jurnalistlər 35 dəfə məhkəməyə verilib



2012-ci ildə jurnalistlər ən azı 60 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, izləməyə, qanunsuz saxlanmalara, texniki əngəlləmələrə məruz qalıblar.

Məmurlar, digər ictimai fiqurlar, özəl qurumlar şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı medianı azı 35 dəfə məhkəməyə veriblər. Medianın üstünə 200 min manatdan artıq cərimə yükü qoyulub.

Bu haqda Media Hüququ İnstitutunun «Azərbaycanda medianın hüquqi durumu - 2012» hesabatında deyilir.

Hesabatda bildirilir ki, hüquq-mühafizə orqanları basqı olaylarının bir çoxunu araşdırmağa başlayıb. Ancaq heç bir halda basqı edənlər məsuliyyətə cəlb olunmayıb. Əvvəlki illərdə jurnalistlərə qarşı yol verilən təzyiq olaylarının araşdırılmasında da hər hansı irəliləyiş olmayıb.

Hesabatda deyilir ki, hazırda 7 jurnalist həbsdədir.
XS
SM
MD
LG