Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 07:49

Vəkil İsmayıllı hadisələrinə görə tutulmuş şəxslə görüşə bildi


Vəkil Nəvaid Abbasov İsmayıllı hadisələrinə görə həbs olunmuş Vasif İbrahimovla görüşüb.

Vəkil AzadlıqRadiosuna bildirib ki, həmin hadisələrlə bağlı tutulan İsmayıllı sakinlərindən 10-u Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb.

«Vasif İbrahimov qan təzyiqindən əziyyət çəkir. O, tutularkən qeyri-insani rəftara məruz qalıb».

Vəkil Vasif İbrahimov haqqında seçilmiş 2 aylıq həbs qərarı ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. «Onun həbsi qanunsuzdur, müdafiə hüququndan istifadə edə bilməyib, tutulması isə qanunsuzdur».

Vasif İbrahimov yanvarın 24-də həbs olunandan vəkili onunla görüşə bilmirdi. Bu vəkilin müdafiə etdiyi şəxslə ilk görüşüdür.
XS
SM
MD
LG