-
«Azadlıq» qəzetinin bölgə müxbiri Elçin İsmayıllı fevralın 4-də qardaşı Elşən İsmayıllının həbs olunaraq Bakıya gətirildiyini deyir. Onun sözlərinə görə, hakimiyyət bu yolla bölgədəki fəallara təzyiq göstərir:
«AXCP-nin İsmayıllı rayon təşkilatının sədrinin oğlu, qohumu da saxlanmışdı, cərimələnmişdi. İndi də mənim qardaşım saxlanaraq Bakıya aparılıb. Bu işlərin arxasında rayonun polis rəisi Nizami Qocayev durub. Atam qardaşımın həbsiylə bağlı rəisə zəng vurub, o da atamı təhqir edib».
Elçin İsmayıllı qardaşının həmin hadisələrin iştirakçısı olmadığını deyir. Onun sözlərinə görə, Elşən İsmayıllı həmin gün sadəcə, yas mərasiminə iştirak etmək üçün rayonun mərkəzindəki küçələrdən birində olub.
İsmayıllı rayon Polis İdarəsinin rəisi Nizami Qocayev AzadlıqRadiosuna deyilənləri yalan adlandırıb. O, Elşən İsmayıllının həbsindən də xəbərsiz olduğunu, bu işi İsmayıllı rayon Polis İdarəsinin araşdırmadığını söyləyib.
Nizami Qocayev İsmayıllıdakı etirazlardan sonra saxlananlara işgəncə verilməsi və rayonda polislərin sayının artırılması, gediş-gəlişin məhdudlaşdırılması haqda məlumatları da təkzib edib.