Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:29

22 hakim intizam məsuliyyətinə cəlb olunub


Ötən il korrupsiya hüquqpozmaları ilə bağlı ədliyyə orqanlarında aparılmış araşdırmaların nəticələrinə görə 447 əməkdaşın intizam məsuliyyətinə cəlb olunub. Ədliyyə Nazirliyinin kollegiya iclasında belə deyilib.

Nazirliyin məlumatında deyilir ki, korrupsiya hallarına yol verilməsi faktı ilə bağlı son iki ildə prokurorluğa 13 nəfər barəsində materialların göndərilib. Onlardan 5 nəfər isə məhkum olunub.

Bundan başqa, məlumatda deyilir ki, Məhkəmə-Hüquq Şurasının qərarları əsasında son 2 ildə korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 8 hakim, ümumilikdə isə 22 hakim intizam məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG