Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:57

Əfqanıstanda törədilən 2 partlayışda 7 nəfər ölüb


Əfqanıstanın cənubundakı Helmand əyalətində törədilmiş 2 partlayışda azı 7 nəfər ölüb.

Xanaşin rayonunda maşının yolda minaya düşməsi nəticəsində maşında olan 4 ailə üzvü və sürücü həlak olub.
Şəhər rəhbərliyi bəyan edib ki, bu hücuma görə Taliban cavabdehlik daşıyır.

Elə həmin gün Musa Qala rayonunda törədilən partlayışda isə 2 polis patrulu ölüb.

Onların getdiyi yola bomba qoyulubmuş.
XS
SM
MD
LG