Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 04:14

Rəsulzadənin 129-cu doğum gününə daha bir kitab hədiyyə olundu


Yadigar Türkel
Yadigar Türkel
-
M.Ə Rəsulzadənin doğum gününə daha bir hədiyyə kitab Yadigar Türkeldən gəldi.

Yadigar bəy onun «İran türkləri» kitabını «arı türkcəyə» çevirib çağdaş oxucunun anlayacağı dildə çap etdirdi.

Bu əsəri M.Ə.Rəsulzadə 1912-ci ildə 28 yaşında yazıb.

Vaxtilə ayrı-ayrı yazılar şəklində «Türk yurdu» və «Səbilürrəşad» toplularında yayımlanıb.

1993-cü ildə Rəsulzadənin Türkiyədəki araşdırıcıları --Ali Yavuz Akpınar, İrfan Bulud Yıldırım və Səlahəddin Çağın bu yazıları İstanbulda «İran türkləri» adı ilə olduğu kimi çap edib.

«İran türkləri» İranın əski tarixindən başlayaraq ta XX əsrin əvvəllərinədək olan bir dövrü əhatə edən ideoloji əsərdir.

Əsərdə daha çox XVIII-XIX əsrlər və XX əsrin əvvəllərindəki «Məşrutə» hərəkatı təhlil olunub.

İranın o çağda iqtisadi və siyasi yöndə dünyadan çox geri qaldığı vurğulanır və ölkə bilginlərinin bu gerilikdən çıxma, Avropa sivilizasiyasına qovuşma yolunda etdikləri savaş əks olunub.

Bu kitabı da Yadigar Türkel öz hesabına—hər ay maaşından nəşriyyata 50 manat ödəməklə çap etdirib.

Bundan öncə o, M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» (2008), «Milli birlik» (2009), Nizami haqqında kitabın bitkin çapı (2011) «Qafqaz türkləri» (2012) və «Pantürkizm. Qafqaz sorunu» (tərtibçi və rus dilindən çevirən Yadigar Türkel) kitablarını işləyib müasir düşüncəyə uyğunlaşdırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG