Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 15:10

Misir müxalifətinin lideri Mohammad al Baradei prezidenti dialoqa çağırır


Muhammad El-Baradei
Misir müxalifətinin liderlərindən biri Mohammad al Baradei prezident Muhammad Morsi, islamçı təşkilatlar və müxalifət fəalları arasında təcili dialoqa çağırıb.

“Milli qurtuluş cəbhəsi” partiyasına rəhbərlik edən Baradei Tvitterdə yazır ki, ölkədə zorakılığa son qoymaq və ciddi dialoqa başlamaq üçün lazimi tədbirlər görmək lazımdır.

Mohammad al Baradei və onun tərəfdarları iki gün əvvəl prezident Morsinin dialoq təklifini rədd ediblər.

Son günlər ölkədə baş verən toqquşmalarda 50-dən çox adam ölüb.
Müxalifət prezident Morsini vədlərini yerinə yetirməməkdə günahlandırır.
Hazırda 3 şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.

Muhammad Morsi ölkəyə sərmayyə cəlb etmək üçün bu gün Almaniyaya qısa səfərə yollanıb.
XS
SM
MD
LG