Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:59

Gürcüstanda 6 "vor zakon" amnistiyaya düşüb


Gürcüstanda 6 “vor zakon” amnistiyaya düşərək azad edilib, 20 kriminal avtoritetin cəzası isə yüngülləşdirilib.

Bu barədə “Rustavi-2” televiziyasında cəzaların icrası üzrə nazir müavini Grigol Gilogadze
məlumat verib.

Amma “vor zakon”lara ya 24 saat ərzində ölkəni tərk etmək, ya da həbsxanada qalmaq təklif olunub.
Çünki cinayət məcəlləsinə görə, onlar Gürcüstan ərazisində azadlıqda gəzə bilməzlər.

Yeni Gürcüstan hökumətinin ötən ilin sonunda qəbul etdiyi amnistiyaya əsasən 5 minədək məhbus yaxın 2 ay ərzində azadlığa çıxmalı, 12 min məhbusun cəzası isə yüngülləşdirilməlidir.
XS
SM
MD
LG