Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

«Hakimiyyət İsmayıllıda saxlananlarla pis davranmamalıdır»


İsmayıllı, 29 yanvar
İsmayıllı, 29 yanvar
-

«Azərbaycan hakimiyyəti İsmayıllıda etirazlarla bağlı saxlanan hər kəsin vəkilə çıxışını təmin etməlidir və saxlanan heç kəslə pis davranmamalıdır». Bu bəyanatla Human Rights Watch təşkilatı yanvarın 30-da çıxış edib. «Hakimiyyət İsmayıllıda baş verənlərlə bağlı Bakıda dinc aksiya keçirən hər kəsi azad etməli, müstəqil müşahidəçilərin İsmayıllıya əngəlsiz çıxışını təmin etməli, saxlanan hər kəsi azad etməlidir».

PİS RƏFTAR ÜZRƏ DƏHŞƏTLİ AD

Yanvarın 23-də İsmayıllıda etirazlar başlayıb. Kiçik avtomobil qəzası kimi görünən hadisə iğtişaşlara və kütləvi etirazlara çevrilib. Etirazçılar yerli icra hakiminin istefasını tələb ediblər.

Human Rights Watch bildirir ki, polis iğtişaşları yatırtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Onlarla şəxs həbs olunub, hakimiyyət isə yanvarın 29-da bildirib ki, 12 nəfər saxlanıb, talama və iğtişaş yaratmada təqsirli bilinir. (red: Dünən 8 nəfər haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə rəsmi xəbər yayılıb)

«Azərbaycan hakimiyyəti saxlananlarla pis rəftar üzrə dəhşətli ad çıxarıb. Hökumət İsmayıllı iğtişaşları ilə bağlı saxlanan heç kəslə pis rəftar edilməsinə imkan verməməlidir. Bunun qarşısını almaq üçün əsas təminat saxlananların vəkilləri ilə konfidensial görüşlərinə dərhal icazə verməkdir», bunu qurumun Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyir.

CAVABSIZ SUALLAR

İsmayıllı hadisəsi
İsmayıllı hadisəsi
Sakinlər danışmağa qorxduğu üçün informasiyanı təsdiqlətmək çətin olsa da, Human Rights Watch üç vəkillə danışıb, onlar bir neçə proses pozuntusu sadalayıblar, bir halda isə saxlanan döyülüb.

Bəyanatda polisin yanvarın 29-da İsmayıllıya səfər edən 20 nəfərlik qrupu saxladığı xatırlanır.

Hökumət insan haqları müdafiəçiləri və jurnalistlərin İsmayıllıya əngəlsiz girməsinə icazə verməlidir. Onlar yanvarın 23-də başlamış hadisələri sənədləşdirmək, eləcə də saxlananlara rəftarı, polisin iğtişaşları yatırmaq üçün aşırı gücdən yararlanmasını dəyərləndirmək istəyirlər.

«İsmayıllıda baş verənlərə dair çox suallar cavabsız qalır. Gücdən istifadə lazım idimi? Polis etirazçıları dağıtmaq üçün qeyri-zorakı metodları tükətdimi? Belədirsə, tətbiq olunan güc hədəyə uyğun idimi? Hakimiyyət insan haqları müdafiəçilərinin bu məsələləri maneəsiz araşdırmasına icazə verməlidir», Gogia belə deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG