Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 10:53

Prokurorluq və DİN İsmayıllıyla bağlı yeni məlumat yayıb


Respublika Bas Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətləri
İsmayıllı olayları ilə bağlı yeni məlumat yayıb.

Məlumatda iddia olunur ki, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələyən xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşanların oteli və Qarşısındakı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə bas verib.

Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Prokurorluq yanğın və dağıntılarda bilavasitə ittiham edilən 8 nəfərin haqqında cinayət işi açıldığını bildirib.

Rəsmən etirazlarda iştirak edən 52 nəfər saxlandığı, onlardan 23-ə inzibati həbs, 15-ə cərimə cəzası verildiyi, 14 nəfərin isə xəbərdarlıq edilib buraxıldığı bildirilir.

Yayılan məlumatda iddia olunur ki, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və Real Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gəlib və polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq və s. kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. Prokurorluq istər bu iki şəxs, istərsə də hadisənin digər təşkilatçıları haqda istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdiyini əlavə edir.
XS
SM
MD
LG