Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 23:11

Mobil telefonlar - Azərbaycanın ən böyük qaçaqmalçılıq problemi


Hazırda Azərbaycanın ən böyük qaçaqmalçılıq problemi narkotik maddələri nəzərə almasaq, xarici ölkələrdən mobil telefonların ölkəyə qanunsuz gətirilməsidir.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mobil telefon aparatlarına yeni nəzarət sisteminin tətbiqi ərəfəsində mobil telefon qaçaqmalçıları daha da aktivləşiblər.

Mobil telefonların qaçaq yolla ölkəyə ən çox Gürcüstan-Azərbaycan sərhədindən keçirilməsinə cəhd edilir.

Digər istiqamətlərə gəlincə, A.Əliyev bildirib ki, Rusiya ilə sərhəddən ən çox qanunsuz ərzaq məhsullarının və ovçuluqda istifadə olunan barıtın gətirilməsinə cəhd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG