Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 21:36

John Kerry ABŞ-ın növbəti Dövlət Katibi oldu


John Kerry
John Kerry
-

ABŞ Senatı Massaçusets ştatının senatoru John Kerry-nin Dövlət katibi postuna namizədliyini təsdiqləyib. Ötən gün keçirilən səsvermədə senatorların 94-ü onun təyinatına səs verib, 3 senator əleyhinə çıxıb. And içmədən sonra Kerry bu postda 4 ildir fəaliyyət göstərən Hillary Clinton-u əvəzləyəcək.

Senatdan əvvəl Xarici Əlaqələr Komitəsi onun namizədliyini təsdiqləyib. Kerry son 4 ildə komitəyə rəhbərlik edib. 2009-cu ildən komitəyə sədrliyi dövründə Kerry Əfqanıstan və Pakistanla münasibətlərdə fəal olub.

69 yaşlı John Kerry Vyetnam müharibəsi veteranıdır, 2004-cü ildə Demokratlar partiyasından prezidentliyə namizəd olub. Onu Demokratlarla yanaşı Respublikaçılar da dəstəkləyir.
XS
SM
MD
LG