Keçid linkləri

2026, 08 May, cümə, Bakı vaxtı 16:06

İsa Qəmbərin kortejini yenə də saxlayıblar

Foto arxiv
Foto arxiv
Lənkərana səfərə gedən Musavat başqanı İsa Qəmbərin kortejini yenə də saxlayıblar.

Bunu İsa Qəmbərin özü Twitterdə yazır.
O sonuncu twittində belə yazır: "Cəlilabadda yol polisi 20 dəqiqədir bizi yoxlayir"

AzadlıqRadiosunun əməkdaşı bildirir ki, özünü təqdim etməyən post patrul xidmətinin əməkdaşları bunu belə izah ediblər: “Bu yolda kortej hərəkət edə bilməz. Az sonra tədricən buraxacağıq”.

Yanvarın 27-də Müsavat Partiyası başqanı İsa Qəmbər başda olmaqla 100 nəfər Lənkərana yola düşüb.

Isa Q’mb’rin mwavini Gülağa Aslanlı deyir ki, məqsəd partiyanın Lənkəran rayon təşkilatının yubileyini keçirməkdir.
This item is part of
XS
SM
MD
LG