Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

Azərbaycanla Ermənistan yığmaları bir qrupda yarışa bilməzlər


Foto arxiv
Foto arxiv
UEFA 2016-cı il Avropa çempinatının seçmə mərhələsi ilə bağlı püşkatma qaydalarda dəyişiklik edilməsi ilə bağlı bir neçə qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, Fransada keçiriləcək qitə birinciliyinin seçmə mərhələsində Azərbaycan milli komandası siyasi səbəblərdən Ermənistan yığması ilə eyni qrupda mübarizə aparmayacaq.

UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərar Rusiya ilə Gürcüstan yığmalarına da aiddir.

Qeyd edək ki, Avro-2008-də Azərbaycanla Ermənistan milliləri eyni qrupda çıxış edirdilər. Həmin vaxt komandalar görüşməkdən imtina etmişdilər.
XS
SM
MD
LG