Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Bakı-Rostov yolunda «KamAZ» sürücüləri yolu bağlayıb


Foto: Arxiv
Foto: Arxiv
-
Yanvarın 24-də saat 13 radələrində bir neçə «KamAZ» sürücüsü Bakı-Rostov yolunun Şabran rayonu, Qəndab kəndi ərazisində yolu bağlayıb. Sürücülər Nəqliyyat Departamentinin yollara nəzarət edən işçilərinin onlardan apardıqları yükə görə rüşvət almalarına etiraz ediblər.

Hazırda yük maşınları Nəqliyyat Nazirliyinin 3 saylı iriqabaritli, ağırçəkili nəqliyyat vasitələrinə nəzarət bölməsinin qarşısındadır. Sürücülər isə Şabran rayon Polis Şöbəsinə aparılıblar. 3 saylı iriqabaritli nəqliyyat vasitələrinə nəzarət bölməsinin rəisi Müslüm Abıyev AzadlıqRadiosuna bildirib ki, bölmə əməkdaşları normadan artıq yük daşıyan maşınların hərəkətinə icazə vermir:

«Biz yollarda həmişə belə tədbirlər keçiririk. Yük maşınlarının normadan artıq yüklənməsi yolların bərbad vəziyyətə düşməsinə səbəb olur».

Müslüm Abıyev sürücülərdən rüşvət alınması ilə bağlı deyilənləri təkzib edib.

Şabran rayon Polis Şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, bir neçə sürücü şöbəyə gətirilərək xəbərdarlıq olunub və buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG