Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Fransa prezidenti ümid edir ki, Britaniyanın Avropa Birliyindən çıxmayacaq


Fransa prezidenti Francois Hollande Böyük Britaniyanın Avropa Birliyindən çıxmayacağına ümidlə yanaşır.

Bunu jurnalistlərə prezidentin rəsmi nümayəndəsi Najat Ballo Belgasem deyib.
O qeyd edib ki, Avropa Birliyinə üzvlük birgə həmrəylik deməkdir.

Böyük Britaniyanın baş naziri David Cameron bu gün bəyan edib ki, əgər onun partiyası 2015-ci ildə keçiriləcək seçkilərdə yenidən qalib gəlsə, 2017-ci ilədək ölkənin Avropa Birliyindən çıxması ilə bağlı referendum keçirəcək.

O hazırda Avropa Birliyində ictimai peşmançılığın görünməmiş dərəcədə yüksək olduğunu deyib.

David Cameron qeyd edib ki, Avropa Birliyi inkişaf etmək və xalqın dəstəyini qoruyub saxlamaq üçün dəyişməlidir.

Bu məsələ Avropa ölkələri Şimali Amerikada narahatlığa səbəb olub.
Cameronun çıxışı hələ ötən həftəyə nəzərdə tutulsa da Əlcəzairdəki girov böhranına görə təxirə salınmışdı.
XS
SM
MD
LG