Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:18

Netanyahu geniş koalisiya yaradacağını vəd edib



İsraildə keçirilən parlament seçkisində indiki baş nazir Benjamin Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya ı azacıq səs çoxluğu ilə qalib gəlib.

İlkin nəticələrə görə, bu koalisiya 120 yerlik parlamentdə 31 yer qazanıb.

Hakim koalisiyaya Netanyahunun “Likud” və keçmiş xarici işlər naziri Avigdor Libermanın “İsrail bizim evimizdir” partiyaları daxildir.

İkinci yerdə 19 mandatla “Eş Atid”, 3-cü yerdə isə 17 mandatla “Əmək” partiyası gəlir.

Netanyahu geniş hakim koalisiya yaradacağını bildirib və qeyd edib ki, əsas məqsədi İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir.

Vaxtındanəvvəl seçkilərə səbəb, kabinetin gələn ilin büdcəsi ilə bağlı razılığa gələ bilməməsi olub.
XS
SM
MD
LG