Yanvarın 23-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, 2012-ci ildə 1198 vətəndaşın müraciətinə baxılıb, 229 cinayət xarakterli material araşdırılıb.
Həmin cinayət xarakterli materialların 58%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə qabaqlayıcı tədbirlərin görülüb.
Kamran Əliyev deyib ki, ötən il İdarənin 161 saylı «Qaynar xətt»inə 5143 müraciət daxil olub. Həmin müraciətlərin 34-ü üzrə cinayət işi başlanmaqla istintaq aparılıb. Onlardan artıq 17-si üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilib.
İdarə hesabat dövründə törədilmiş və hazırlanan cinayətlər barədə 369 müraciəti araşdırdığını bildirir.
Əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya hüquqpozmalarla bağlı 4 cinayət işi başlanıb. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə məhkəməyə göndərilib.
Respublika Prokurorluğunun məlumatında deyilir ki, ötən illərlə müqayisədə 2012-ci ildə rüşvət alma ilə istintaq olunan cinayət işlərinin sayı artıb. Məhkəmələrə göndərilmiş cinayət işlərindən 52 şəxs barəsində 32 iş rüşvət alma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqədar olub.
2012-ci ildə məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat və ya 49,82% ödənilib.
2012-ci il ərzində 3 prokurorluq işçisi haqda məhkəmə hökm çıxarıb. İdarənin Daxili Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar nəticəsində 4 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılıb. Onlardan biri tutduğu vəzifədən azad edilib, biri isə prokurorluq orqanlarından xaric edilib.