Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:22

Məşhur rokçu: “Cəmiyyət oyanır, insanlar düşünməyə başlayır”


Rusiya - Yuri Şevçuk, 11 iyul, 2010
Rusiya - Yuri Şevçuk, 11 iyul, 2010
-

“Üç il əvvəl belə deyildi... Artıq cəmiyyət oyanır, insanlar düşünməyə başlayır”.

Bunu neftlə zəngin ölkənin rokçusu deyir.

Rusiyada hakimiyyəti islahatlara çağıranlardan biri də odur.

Hələ sovet dövründən məşhur olan Yuri Şevçuk bunu ilk növbədə musiqi ilə - rəhbərlik etdiyi DDT qrupunun konsertlərində edir.

İndi o, Amerika turnesinə çıxıb və turnedən əvvəl Azadlıq Radiosuna müsahibə verib.


- Fanatlarınızla görüşəndə onlar sizə ən çox nə haqda sual verirlər?

- Sualların çoxu siyasətə, müxalifətə, hakimiyyətə aid olur, “Vətənimizi və bizi nə gözləyir?” və s. Rus ziyalılarını həmişə 3 fundamental sual düşündürüb: “Nə etməli?”, “Günahkar kimdir?” və “Sabah nə olacaq?” Bu suallar azı 200 ildi səslənir. Mən də bəzən Çernışevski, bəzən Dostoyevski, bəzən də Tolstoy kimi bu məsələlər ətrafında filosofluq etməyə çalışıram. Mən siyasətçi deyiləm, vətəndaşam. Heç vaxt heç bir partiyanın üzvü olmamışam. Məni vaxtilə mahnılarıma görə “Komsomol”dan qovublar. Mən vətəndaşam. Düşünürəm ki, vətəndaş mövqeyi bir bayraq olub mənim də, sizin də damımız üstündə dalğalanmalıdır.

- Sizcə, mülki cəmiyyəti necə inkişaf etdirmək olar?

- Mülki cəmiyyət qanun qarşısında bərabər olan insanlar deməkdir. Və qanun da onlara yanaşı yaşamağa kömək edir. Mən bu mövzuda oxuya-oxuya Aristotel və onun
Rusiya - Şevçuk Rusiyada siyasi məhbuslara dəstək konserti verir, Sankt-Peterburq, 5 sentyabr 2012
Rusiya - Şevçuk Rusiyada siyasi məhbuslara dəstək konserti verir, Sankt-Peterburq, 5 sentyabr 2012
əsərlərinə gedib çıxdım. Mülki cəmiyyətin üzvləri elə insanlardır ki, laqeyd, qorxaq deyillər. Bu elə bir cəmiyyət deyil ki, orada insanların mövqeyi belə olsun: “Ağrımayan başıma niyə dəsmal bağlayım?” Mülki cəmiyyət fəal insanların cəmiyyətidir. Bunlar vətənini sevən adamlardır, amma bu, quru söz deyil, əsl sevgidir. Bu, sevən və dərk edən insanların birliyidir. Məncə, belə cəmiyyət Rusiyada da qurulacaq. Bu, qarşısıalınmaz bir tarixi prosesdir.

- Rusiyada bu baxımdan inkişaf varmı?

- Üç il əvvəl insanlarda vətəndaş mövqeyi elə də hiss olunmurdu? Onlar yalnız özləri, ailələri, pulları haqda düşünürdülər. Hətta ən yaradıcı, ən xarizmatik şəxslər də laqeyd idilər. İndi isə, məncə, bir çox insan oyanıb və gələcək haqqında düşünməyə başlayıb. Fikirləşirlər ki, onların uşaqları böyüyüb necə Rusiyada yaşayacaq? Laqeyd olmayan belə insanların sayının artması necə də gözəldir! Bu qədər könüllü hardandır? Vahimələnən Duma bu vətəndaş mövqeyinə qarşı sərt qanunlar qəbul edir. Amma buna baxmayaraq cəmiyyət oyanır. Əvvəllər mənim tanışlarım siyasət mövzusu gələndə “siyasət - çirkabdır” deyib mövzudan yayınırdılar. İndi onlar anlayırlar ki, əgər siyasət çirkab içindədirsə, deməli sən də çirkaba bulaşmısan. Amma vicdanla yaşayanda siyasət də vicdanlı olacaq. Başqa sözlə siyasətdən kənar yaşamaq mümkün deyil, çünki bizim birlikdə yaşamağımız da siyasətdən asılıdır. Bunu vaxtilə Aristotel deyib.

- Indi gənclərin vətəndaş mövqeyi nümayiş etdirməsinin hansı spesifik üsullarını müşahidə edirsiniz?

- Bu, maraqlı prosesdir. Mən sizə gənclərin bəzi könüllü təşkilatları haqda danışa bilərəm. Məsələn, “Noçlejka” evsiz insanlara kömək edir, onlara müxtəlif xidmətlər göstərir, o cümlədən şəxsiyyət vəsiqəsi almağa kömək edir. O insanların heç də hamısı öz uğursuzluqları ucbatından küçəyə düşməyiblər. Həyatda hər şey olur. Bundan başqa yanğınsöndürən könüllülər, Krımda sürüşmə qurbanlarına kömək edənlər, xərçəng xəstələrinə yardım edənlər də var. Sosial cəhətdən aktiv olmaq artıq bir trendə çevrilir, müasirlik əlaməti sayılır. Gənclər buna yaxşı baxırlar. Biz bilirik ki, gənclər yeni trendlərə, dəyişikliklərə necə tez qucaq açırlar. Laqeydlik asfaltının altından artıq sosial aktivliyin yaşıl cücərtiləri baş qaldırmaqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG