Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 23:53

Rusiyalı müxalifətçi həbsdə öz həyatına görə narahatdır


Rusiyalı müxalifətçi Leonid Razvozjaev Moskva məhkəməsinə deyib ki, öz həyatına görə ehtiyat edir.
Sibirin İrkutsk şəhərində həbsxnada saxlanan Razvozjaev Moskva məhkəməsinin suallarına internetlə cavab verirdi.
Onun sözlərinə görə, həbsxanada xəbərdarlıqlar alır. Ancaq detallarına varmayıb.
Moskva məhkəməsi onun azad olunmaq haqda appelyasiyasını rədd etdi.
Razvozjaev Moskvada qanunsuz aksiyalar təşkil etməyə görə həbs olunub. Daha sonra o, 15 il əvvəl Sibirdə silahlı basqında, sərhəddi qanunsuz keçməkdə ittiham olundu. Razbozjaev deyir ki, onu hakimiyyət Ukraynadan oğurlayıb gətirib, işgəncələr altında bunları etiraf etməyə məcbur ediblər.
XS
SM
MD
LG