Keçid linkləri

2026, 18 May, bazar ertəsi, Bakı vaxtı 04:06

Azərbaycan əsgəri güllə yarası ilə xəstəxanaya götürülüb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əsgərinin güllə yarası alması faktı ilə bağlı cinayət işi başlanıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, əsgər Sübhan Mahmudlu silahla ehtiyatsız davrandığına görə xəsarət alıb.

O əsgərin dərhal xəstəxanaya yerləşdirildiyini və üzərində cərrahiyyə əməliyyatı aparıldığını deyib.

Məlumata görə, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG