Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

ABŞ müdafiə naziri baş müşaviri Azərbaycanda səfərdədir



Yanvarın 17-də ABŞ müdafiə nazirinin baş müşaviri Kathleen Hicks-in başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Kathleen Hicks bildirib ki, ABŞ iki ölkə arasında müdafiə sahəsində əlaqələri genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır.

İlham Əliyev də Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edib. O, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizlik, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmli olduğunu deyib.
XS
SM
MD
LG