Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 10:21
-

Khaled Hosseinin yeni romanı 2013-cü ilin mayında çıxacaq.

Xəbəri «New York Times» Riverhead Books nəşriyyatına dayanaraq yazıb.

6 ildən sonra yazılan, «Və dağlarda əks-səda verdi» (And The Mountains Echoed) adlanan roman yenə doğmalar arasındakı münasibətlərə həsr olunub.

Əgər keçmiş romanlarda atalar və analar üzərində dayanılırdısa, bu dəfə diqqət mərkəzində bacı-qardaş əlaqələri durur.

Əfqan mənşəli Amerika yazıçısı Khaled Hosseini (1965-ci ildə doğulub) 2003-cü ildə yazdığı «Çərpələng uçuran» («The Kite Runner») romanı ilə məşhurlaşıb.

Kitab 107 həftə «The New York Times»ın «bestseller» siyahısında qərar tutub.

2007-ci ildə roman ekranlaşdırılıb.

Elə həmin il Hoseyninin ikinci romanı – «Min möhtəşəm günəş» çapdan çıxıb.

Khaled Hosseinin «Çərpələng uçuran» romanı Azərbaycan dilinə çevrilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG