Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Sevinc Babayevanın ölümündə müəmma


Mətbuat icmalı
Mətbuat icmalı
-

SİYASƏTDƏ «DAŞ DÖVRÜ»

«Yeni Müsavat» yanvarın 13-də Lənkəranda Müsavat başqanı İsa Qəmbərə və partiya üzvlərinə edilən hücuma toxunaraq, Azərbaycan siyasətinin «daş dövrü»nə qayıtdığını yazır. Qəzet qeyd edir ki, hələ 2003-cü ildə İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov hakimiyyətin «ştatlı daş atanları» tərəfindən daşqalaq edilirdi.

«Yenə də analoji situasiya yaranıb. Azərbaycan «daş dövrü»nə «uğurla» qədəm basır. Müxalifət təmsilçilərinə qarşı yenidən daşqalaq kimi orta əsrlər üsulundan istifadə olunur. ...sarsaq və sərsəm metodların yenidən siyasi gündəmə gətirilməsi ağır nəticələrdən xəbər verir».

KİNEMATOQRAFÇILAR İTTİFAQINA CİNAYƏT İŞİ AÇILIB

«Azadlıq» Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi başlandığını yazır. Qəzetə müsahibəsində İttifaqın katibi Rasim Balayev istintaqa çağırıldığını deyib. O, İttifaqa qarşı təxminən 30 min manat vergidən yayınma ilə ittiham irəli sürüldüyünü bildirib.

«Deyilənə görə, biz festival zamanı nəyəsə görə təxminən 30 min manat civarında pul ödəməliyikmişik. Biz isə izah elədik ki, bundan xəbərimiz olmayıb. Yazılı şəkildə yazdıq ki, ödəməkdən boyun qaçırmırıq, imkan olan kimi ödəyəcəyik. Görünür, Kinematoqrafçılar İttifaqının yazılı müraciətinə məhəl qoymayıblar».

SEVİNC BABAYEVANIN ÖLÜMÜNDƏ MÜƏMMA

«Bizim yol» qəzeti tibb elmləri doktoru Adil Qeybullanın Türkiyədə vəfat edən Sevinc Babayevanın ölümü ilə bağlı fikirlərini dərc edib.

Adil Qeybulla Sevinc Babayevanın epikrizində yazılanların müəmmalı olduğunu deyir. «Belə daxili qanaxmaları daha çox zəhərlər törədir».

Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı rüşvət qalmaqallı videoda vasitəçi kimi təqdim edilən Sevinc Babayeva ötən ilin dekabrında Türkiyədə xəstəxanada vəfat edib.

717 ƏCNƏBİ

«Azərbaycan» qəzeti yazır ki, «ötən həftə ölkə qanunvericiliyinin tələblərini pozmuş 717 əcnəbi aşkar edilib».

Qəzetin yazdığına görə, onlardan 509 nəfərin qeydiyyatsız yaşadığı, 34 nəfərin də etibarsız sənədlərlə yaşadığı üzə çıxıb. Onlardan 172 nəfəri inzibati məsuliyyətə cəlb edilib.

İPOTEKA iLƏ ALINAN 64 FAİZ

«Exo» qəzeti yazır ki, 2012-ci ildə daşınmaz əmlakın 64 faizi ipoteka ilə alınıb. «Bu 2011-ci illə müqayisədə 15 faiz çoxdur. 2013-cü ildə bu 30 faiz də arta bilər».

ƏSGƏRLİK YAŞI ARTIRILSINMI?

«Ekspress» qəzeti hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı yazıb. Qəzet əsgər Ceyhun Qubatovun ölümündən sonra bu məsələlərin ictimai müzakirəyə çıxarıldığını yazır.

Milli Məclisin deputatları isə bu fikirlə razı deyilər.

Deputat Aydın Mirzəzadəyə görə, «bu, gənclərin həyat planlarına müəyyən problemlər yarada bilər». Zahid Orucsa hesab edir ki, «yeniyetmənin xidmətə hazırlanması üçün dövlət proqramı qəbul olunmalıdır».

İLHAM ƏLİYEVİ XALQ PREZİDENT SEÇİB

«Söyün Sadıqovun siyasətə gəlməsi sonda özü üçün yaxşı nəticə verməyəcək».

«Yeni Azərbayan» qəzetinin yazdığına görə, bunu YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib. Deputat onun Rusiya mətbuatına - İlham Əliyevin Rusiyanın dəstəyi ilə seçilməsi barədə dediklərini şərh edərkən belə deyib.

«Azərbaycan prezidentini Azərbaycan xalqı seçir. Cənab İlham Əliyev iki dəfə xalqın dəstəyi ilə prezident seçilib və onun xalqın dəstəyi ilə seçilməsi kənar qüvvələrin dəstəyinə ehtiyacı olmadığını göstərir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG