Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Qazıməmməd-Qazax magistral qaz kəmərində partlayış olub


Arxiv foto
Arxiv foto
-

Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində partlayış baş verib.

APA-nın məlumatına görə, partlayış yanvarın 11-i səhər 07:20 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilir ki, qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.

Partlayış baş verən ərazinin yüksəklikdə yerləşməsi və yolların qarlı-buzlu olması texnikanın hadisə yerinə cəlb olunmasında problemlər yaradıb. Bu səbəbdən də alovun qarşısının alınmasında çətinlik yarandığı qeyd olunur.

Dağlıq ərazidə alov 100 metrdən yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib.

Hazırda yanğın davam edir. Borudakı qazın yanaraq sönməsi və sonra kəmərdə təmir-bərpa işlərinə başlanılması gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG