Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

Bloqçular Elçibəy müzakirəsinə qoşulur


Əbülfəz Elçibəy Milli Məclisdə - 1992
Əbülfəz Elçibəy Milli Məclisdə - 1992
-
Ötən həftə bloqlarda əsas müzakirə mövzusu Əbülfəz Elçibəy olub. Bloqçuların yazdığı yazıları ixtisarla təqdim edirik:

2013-cü ilin ilk günlərində bloqçu Emin Milli «İnandığınız dəyərlərdən heç vaxt imtina etməyin» postunu yazdı. Yazıda qeyd olunur ki, demokratik inqilabdan sonra ən vacib qərarlardan biri Milli Təhlükəsizlik Nazirliyinin arxivinin ictimaiyyətə açılması qərarı olmalıdır:

«Söhbət hamının cəzalandırılmasından getmir. Məqsəd bu deyil. Burda məqsəd həqiqəti bilməkdir. Həqiqət isə çox böyuk bir gucdür. Həqiqət üzə cıxanda ölkə sonda normal inkişaf edə bilir, əks halda isə iyrənc oyunlarla eks-KQB generalları hakimiyyətə gətirilir».

Emin Milli yazır ki, bu günlərdə ona «Azərbaycan» qəzetinin 1993-cü ilin 23 oktyabr buraxılışını göstəriblər və orada Elçibəy 1975-ci ilin Fevralın 6-da DTK- nın sədrinə, yoldaş Karsilnikova, bir məktub yazıb və orda özünü doğrultmaq üçün daha bir şans istəyir və söz verir ki, bundan sonra dövlətin və partiyanın leninçi siyasətini müdafiə edəcək. O həbsdən sonra xahiş edir ki, onu Kommunist Partiyasının sıralarında saxlasınlar.

«MƏN ONUN YERİNƏ OLSAM...»
Digər bloqçu Zaur Qurbanlı Emin Millinin yazısına cavab yazıb. O, Emin Milli ilə o qədər də razı deyil:

«Məktubu oxudum və bir neçə məqam diqqətimi çəkdi:

1) Təsəvvür edin, 1975-ci ildir, ABŞ-ın Vyetnam uğursuzluğundan sonra Sovet təbliğat maşının qılıncının dalı da kəsir, qabağı da, eləcə də SSRİ iqtisadiyyatı 80-lərin enişinə qədər olan kulminasiyasını yaşayır. Bir sözlə, sovetin əleyhinə çxmağın möcüzə hesab olunduğu vaxt yuxarıda yazdığım ideyalar əsaslandırılmış şəkildə rəsmi mətbuatda dərc olunur. Mən inanıram ki, Əbülfəz bəy son 2 abzasdakı fikirlərinə inananları öz hədəf kütləsi hesab etmirdi.
2) Həbsdə insanın başına nə gələcəyini həbsdə olmayanlar heç vaxt bilə bilməz.
Həm də bu zaman hansı dövlətin hansı məhbəsində olması nəzərə alınmalıdır. Mən 15 gün Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində həbsdə olmuşam və yalnız psixoloji təzyiqə məruz qalmışam. Amma mən heç vaxt Emin Milli barədə deyə bilmərəm ki, «O, həbsdə filan şeyi səhv edib». Çünki mən onun yerində olsam, necə davranacağımı bilə bilmərəm».

Zaur Qurbanlı əlavə olaraq Emin Milli ilə razı olduğu məqamları da bloq yazısında göstərib.

«LAZIM OLANDA ARXİVLƏR AÇILARMIŞ»
«Azadıq Biz» bloqunda Elçibəy və Emin Millini tarixin tərəzisinə qoyur:
«Doğrusu, Əbülfəz Elçibəyin 70-ci illərdə nə yazıb-yazmadığı, fikirlərindən imtina edib-etmədiyi önəmli deyil. O illərdə İsus Xristos kimi Elçibəyin (o zaman Əbülfəz Əliyev) fikirləri ardınca gedənlərin sayı 10-15 tələbəsini keçmirdi.

Söylənilən fikirlər cəmiyyətin tələbatı olsa da, dərk edilən dəyərləri deyildi. Nə Elçibəy, nə o zamanın insanı, nə də bugünün gənci bir şey itirmiş sayılmaz. Məktubun yalan ya həqiqi olmasına qaldıqda. Məktub çap edildiyi ay Heydər Əliyev təzə prezident seçilmişdi. Hələ də nüfuzu ağır basan Elçibəyi qaralamaq üçün hər cür kompramatdan istifadə edilməsi təbiidir. Yalan məlumat olsa belə.

Hesab edək ki, məktub həqiqətdir. O zaman Emin Millinin "DTK (KQB) arxivləri niyə açılmadı?" iddiası bu məktubla alt-üst olur. Deməli, lazım olanda arxivlər açılırmış və orda illərlə yatan məktublar çap edilmək üçün qəzetə verilirmiş».

Bloqçu Etibar Salmanlı “MİLLİ VƏ YA SUAL VERƏNİ YENƏ ASDILAR…” postunda yazır ki, ölkədə baş verənlərdən heç də bütün xalqın, sadə insanların xəbəri yoxdur, yalnız bir qrupun xəbəri var.

«Əslində gündəmi dəyişdirirsiz deyən adamların əksəriyyəti ən böyük əxlaqsız və səmimiyyətdən kənar olanlardır. Məğlub olmuş, luser toplusudurlar. Qorxaq da deyə bilmirəm onlara. Qorxaqdırlar ona görə ki, bir bloggerin bir blog postu onları qorxudur. Paranoyaklaşmış adamlardır. A kişilər gündəmi dəyişdirirsiz deyirsizsə onda Eminə fikir verməyin. İcazə verin blogger öz posterous blogu ilə oynasın. Yoxsa bir dəfə sual verdi az qala vətən xaini etdiz. İndi də blogger bir material qoyub ortalığa yenə toz dumana qarışıb».

İSA QƏMBƏR NAMİZƏD OLDU...
REAL Hərəkatının həmsədri İlqar Məmmədov bloqunda Müsavat partiyasının başqanı İsa Qəmbərin 2013-cü ildə keçiriləcək Prezident seçkilərinə namizədliyini barədə yazıb.

«Əsnətsə də, pis xəbər deyil» yazısında İlqar Məmmədov qeyd edib ki, «Bu gün - zamanında, gecikmədən - Müsavat partiyasının Məclisi İsa Qəmbəri 2013 prezident seçkilərinə namizəd kimi irəli sürdü. Müsibət hal olmasa da, müsbət haldır. Adam iddiasını rəsmiləşdirdi, yaxşı da etdi. İndi Əli Kərimlinin də namizədliyini AXCP tezliklə irəli sürsə yaxşı olar - bundan sonra hər ikisi oturub işgüzar və konstruktiv ruhda REAL hərəkatının təklifinə cavab hazırlaya bilərlər. Yəni, ikisi arasında vahid platforma və komandanı müəyyənləşdirib bizə təklif etmələrini istəyirik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG