Keçid linkləri

2026, 19 Aprel, bazar, Bakı vaxtı 06:15

Türkiyədə "Patriot" kompleksləri qurulur

Foto arxiv
Foto arxiv
Birləşmiş Ştatlarla Niderland Türkiyə-Suriya sərhəddinin yaxınlığında hava hücumlarından müdafiə kompleksi yerləşdirir.

Söhbət 2 “Patriot” kompleksindən gedir.
Raketlər yanvarın sonunda hazırlıq vəziyyətinə gətiriləcək.

ABŞ komandanlığının məlumatına görə, artıq Türkiyənin cənubundakı “İncirlik” bazasına avadanlıq və hərbçilər göndərilməsinə başlanıb.
Yaxın günlərdə bazaya 400 əsgər və zabit atılacaq.
Ümumilikdə isə Türkiyəyə NATO ölkələrindən mindən çox hərbçi göndəriləcək.

Türkiyə Suriyadan mümkün hücumların qarşısını almaq üçün noyabrın 30-da NATO-dan ərazisində bu cür komplekslər yerləşdirilməsini xahiş edib.
This item is part of
XS
SM
MD
LG