Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Shevardnadze: “Milli Hərəkatın işi bitib”


Eduard Shevardnadze
Eduard Shevardnadze
-
Gürcüstanın sabiq prezidenti Eduard Shevardnadze bildirir ki, Bidzina Ivanishvilinin siyasi fəaliyyətini əvvəldən diqqətlə izləyib. Onun bu ilin oktyabrında keçirilmiş parlament seçkilərində qalib gələcəyinə də əmin imiş. Eks-prezidentin Gürcüstanın “Kvela siaxle” qəzetinə aşıqlamasını “Regnum” İnformasiya Agentliyi yayıb.

Shevardnadzenin qənaətincə, indiki prezident Mikheil Saakashvilinin başçılqı etdiyi “Milli Hərəkat”ın işi bitib.

Baş nazir Bidzina Ivanishviliyə gəlincə, sabiq dövlət başçısı onun düzgün yolda irəlilədiyini düşünür və deyir: “Vacib olan budur ki, o, bu yolda önəmli səhvlər etməsin”.

Eduard Shevardnadzenin fikrincə, “Milli Hərəkatı”ın xarakterik özəlliyi zorakılıq olub. O buna misal kimi 2012-ci ilin sentyabrında yayılan kadrları gətirib. Eks-prezident 300-dək adamın həbsə düşməsini də gürcü xalqının faciəsi adlandırıb. Eks-prezidentin sözlərinə görə, avropalı diplomatlar həmişə onunla görüşlərdə çoxsaylı həbslərə görə narahatlıqlarını dilə gətirirmişlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG