Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:17

Rəsul Quliyevin Hüquqlarını Müdafiə Komitəsi təsis edildi


Komitənin 36 üzvü var
Komitənin 36 üzvü var
-
«Rəsul Quliyevin bir vətəndaş kimi vətəninə qayıtmasını təmin etmək lazımdır. İllərdir ona zülm edilir. O, ölkəyə qayıtmaq istəyini dəfələrlə vurğulasa da, buna imkan verilməyib».

Bu fikirlər dekabrın 29-da Müdafiə Komitəsinin keçirdiyi mətbuat konfransında səslənib.

Eks-spiker Rəsul Quliyevin hüquqlarını müdafiə etmək və onun Azərbaycana qayıdışını təmin etmək üçün yeni Komitə yaradılıb.

Komitənin həmsədri Hacıbaba Əzimov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda sosial-iqtisadi və siyasi böhran yaşanır. Belə bir vəziyyətdə Azərbaycan iqtisadiyyatını bilən, idarəetməni dərindən bacaran adamların prosesdə iştirakı vacibdir.

H.Əzimov deyir ki, Komitənin yaradıcılarından biri də şair Musa Yaqubdur. Ümumilikdə isə Komitənin 36 üzvü var:

«Komitənin üzvləri arasında siyasi partiyaların, hüquq-müdafiə təşkilatlarının üzvləri var... Beynəlxalq təşkilatlarla əlaqə yaradıb Rəsul Quliyevin Azərbaycana gəlib, vətəndə yaşaması üçün çalışacağıq».

Eks-spiker Rəsul Quliyev 1996-cı ildən ABŞ-da mühacirətdədir.
XS
SM
MD
LG