Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:58

Azərbaycan və Türkiyə ortaq tarixin yazılmasına başlayır


-
Türkdilli xalqların ortaq tarixinin yazılmasına kömək məqsədilə yaxın vaxtlarda Qazaxıstan, Türkmənistan, Özbəkistan alimləri Azərbaycana dəvət ediləcək.

Trend-in məlumatına görə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov institutun Elmi Şurasında deyib.

İnstitut direktoru bildirib ki, həmin ölkələrlə yanaşı, Moldova, Gürcüstan, Dağıstandan da alimlərin dəvət edilməsi nəzərdə tutulur.

«Nəticədən asılı olmayaraq, biz Türkiyə-Azərbaycan ortaq tarixinin yazılmasına başlayacağıq. Ortaq türk tarixinin yazılması üçün Türkiyə ilə razılığa gəlinib», - Y.Mahmudov əlavə edib.

Onun fikrincə, türk tarixinin əsas problemlərindən biri soyqırımı məsələsidir. Y.Mahmudov deyir ki, Şərqi Anadolu, İran Azərbaycanı və Bakıda erməni birləşmələrinin törətdiyi soyqırımlarının araşdırılmasına daha artıq diqqət yetiriləcək.
XS
SM
MD
LG