Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:48

Suriya üsyançıları əsas hərbi bazaya hücum ediblər


Azad Suriya ordusu dekabrın 28-də ölkənin şimalındakı İdlib şəhərində vacib hərbi bazaya hücum ediblər. Bu bazanın ələ keçirilməsi ilə hökumət qüvvələrinin Dəməşqdən Hələb ətrafındakı qüvvələrə dəstəyini də kəsə bilər.

Şahidlər bildirirlər ki, hökumətin nəzarətində olan ordu İdlibdəki bazanı qorumaq üçün döyüş təyyarələrindən də istifadə edir.

Dekabrın 28-də Moskvada səfərdə olan Misirn Xarici İşlər naziri Muhammad Amr rusiyalı həmkarı Sergei Lavrovla birlikdə Suriyadakı tərəfləri atəşkəsə çağırıb. Lavrov jurnalistlərə bildirib ki, nazirlər Suriyada böhranın siyasi yolla həllinə yönəldilməsi üçün təcili atəşkəsin əldə edilməsini vacib sayırlar.

Lavrov əlavə edib ki, beynəlxalq ictimaiyyət də istefa verməsi üçün Suriya prezidenti Bashar al-Assada təzyiqləri dayandırmalı, danışıqlar üçün ön şərt yaratmaqda çəkinməlidirlər.

İnsan haqları fəalları Suriyada hakimiyyətlə müxalifət qüvvələri arasında son iki ilə yaxın müddətdə davam edən qarşıdurmada 40 mindən çox adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG