Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Əfv sərəncamının icrası başa çatıb


Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamının icrası başa çatıb.
Dekabrın 27-də əfv olunan məhkumların hamısı azadlığa çıxıb.

Əfv sərəncamı ilə 87 nəfər azad edilib. Onlardan 79-u cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında jurnalistlər Aydın CanıyevAnar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərliTaleh Xasməmmədov, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli də var.
XS
SM
MD
LG