Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:53

Azərbaycana yatırılan xarici investisiyaların həcmi 29% artıb


Mərkəzi Bank 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, 2012-ci ildə cari əməliyyatlar balansında irihəcmli profisit yaranıb. Bu profisitin ümumi daxili məhsulda xüsusi çəkisinə görə (20%-dən çox) Azərbaycan MDB ölkələri arasında liderdir.

İxracı təşkil edən məhsulların qiymətləri idxalı təşkil edən məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə artıb. Cari ilin ötən dövründə ixracın həcmi idxalın həcmini 2,6 dəfə üstələyib, qeyri-neft əmtəə ixracı 22% artıb. Qeyri-neft ixracının artması xarici tələbin iqtisadi artıma müsbət təsirini təmin edir. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 29% artıb. Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə ilin sonuna 1 milyard ABŞ dollarını ötəcəyi gözlənilir.

Strateji valyuta ehtiyatları 11 ayda 14.7% artıb və 46.5 milyard dolları ötüb. Bu, 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir və xarici dövlət borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar ümumi daxili məhsulun 70%-nə çatır və bu göstərici üzrə ölkə dünyada ilk 15-likdədir. Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 14% artaraq 12 milyard dollara yaxınlaşıb.
XS
SM
MD
LG