Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:36

Kubalılar necə kapitalistdirlər?


Kuba
Kuba
-

New York Times qəzetinin əməkdaşı Damien Cave ‏Kubada iqtisadi vəziyyətdən yazıb. Jurnalist ölkədə iqtisadi baxışların dəyişdiyini yazır. Yazını ixtisarla təqdim edirik:

Binanın üstünə «evdə hazırlanmış kimi pizza» yazılmış kiçik və işıqlı bir lövhə vurulub. Nyu-Yorkda, ya da Romada bu adi lövhədir. Ancaq Havanada heyrət doğuran bir şeydir. Nə də olsa, Kuba on illərdir anti-kapitalist ideologiyasının hakimiyyəti altındadır. Bu ölkədə mətbuat üç şeydən yazır – sosializmdən, milliyətçilikdən, Fidel və Raul Castrodan. Uçuq-sökük bir binanın üstünə vurulmuş pizza lövhəsi isə bunun tam tərsidir. Bu lövhədən bazar və mənfəət iyi gəlir.

RƏQABƏT, KAPİTALİZM MƏNTİQİ

Kubada iqtisadiyyatın xilası üçün iki il əvvəl hökumət bəzi sahələri bazar iqtisadiyyatı üçün açıq elan edib. Rəqabət, kapitalizm məntiqi get-gedə mənimsənilir. Ancaq Kuba bu günlərdə necə kapitalistdir?

Dener Universitetdən Kuba hökuməti ilə bağlı keçmiş təhlilçilərindən Arturo Lopez deyir ki, «proaktiv və özünə inanan insanların sayı artdıqca, bəyənsələr də, bəyənməsələr də digər insanlar da bunun eynisini etmək məcburiyyətində qalır».

Onlarla il hökm sürən diktatorluğun sona çatdığı digər ölkələr kimi Kubada da bu gün bölünmüş və gələcəyindən əmin olmayan cəmiyyət var. Son bir neçə ildəki dəyişikliklər (sərbəst fəaliyyətə icazə verilməsi, səyahət azadlığı, ev və maşınları alıq-satqısının sərbəstləşdirilməsi) olsa da qadağalar qalır.

SADİQ KOMMUNİSTİN AZAD BAZAR İSLAHATLARI

Kubanın doğurdan da kapitalizm yolundadır, yoxsa bu ancaq quru gurultudur? Vəziyyət əslində daha qarışıqdır. Çünki uzun illər kapitalizmi rədd edən liderlər indi insanları kapitalizmə çağırır. Raul Castro inqilabın ən sadiq kommunisti idi. İndi isə ölkənin dövlət başçısıdır, azad bazar islahatlarını ən çox o müdafiə edir.

Raul Castro
Raul Castro
Havananın dörd bir tərəfində kiçik mağazalar var. Taksi və restoran fəaliyyəti kimi şəhər sektorları, müştərilər, kapitalizm görüntüsüdür. 2011-ci ilin sonuna qədər sərbəst peşə sahibi olmasına icazə verilən 350 min nəfərdən 67 faizinin əvvəllər ticarətlə heç bir əlaqəsi olmayıb.

Havanın ən lüks restoranlarından olan Le Chansonnierin sahibi, 39 yaşlı Hector Higuera Martinez deyir ki, hakimiyyətdə olanlar artıq sərbəst bazarı dəstəkləməyin məntiqli olduğunu başa düşməyə başlayır. İnsanlara iş verilir, xaricilərdən valyuta alınır: «Əvvəl heç nəyimiz yox idi. Ancaq indi başqa cürdür».

Ancaq özəl banklardan kredit alınmasına icazə verilmir. Ona görə də Martinez işə 20-dən artıq adam götürə bilmir.

Bazar iqtisadiyyatındakı uğurlar artıq hökuməti narahat etməyə başlayıb. Keçən yaz hökumət bir restoranı bağlayıb. Restoran sahibi 2 dollar məbləğində giriş pulu aldığı üçün varlanmağa çalışmaqda ittiham olunub. Bir neçə gün sonra isə 130 işçisi olan restoran bağlanıb. Kubada deyirlər ki, indi ölkədə sərhədləri olan kapitalizm mövcuddur.
Taksi sürücüsü Lopez Levye deyir ki, rəqabət artandan sonra daha çox işləyib daha az qazanırlar. Ancaq o da deyir ki, hakimiyyətdəkilərin baxışları nə qədər olmasa da dəyişib.
XS
SM
MD
LG