Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 19:35

«Planetdəki ən son kommunistlərdən» biri vəfat etdi [Video]

Dünyaca məşhur memar Oscar Niemeyer 104 yaşında vəfat edib
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Dünyaca məşhur memar Oscar Niemeyer 104 yaşında vəfat edib

-
Dünya şöhrətli memar Oscar Niemeyer 105 yaşının tamamına 10 gün qalmış həyatla vidalaşıb.

Memarın ölüm səbəbi bildirilmir.

Ancaq ötən ay Niemeyer-in böyrəklərindəki problemlə bağlı Rio-de-Janeyrodakı xəstəxanalardan birinə yerləşdirildiyi xəbəri yayılmışdı.

Oscar Niemeyer 1907-ci il dekabrın 15-də elə bu şəhərdə doğulmuşdu.

Rio-de-Janeyro Milli Arxitektura Məktəbini bitirib.

Onun layihəsi ilə ilk uşaq bağçası binası 1937-ci ildə bu şəhərdə tikilib.

Niemeyer 70 ildən çox sürən fəaliyyəti dövründə 600 binanı layihələndirib.
O, ölkənin paytaxtındakı əksər binaların və məşhur Rio Karnavalının keçirildiyi «Sambodrom»un müəllifidir.

Niemeyer 1957-ci ildə paytaxt Brazilianın qurulmasında iştirak edib.

Kommunist olduğu üçün hələ səhraya bənzəyən paytaxtın baş arxitektoru təyin edilməsi etirazla qarşılanıb.

Ancaq ölkə prezident «Niemeyer olmasa, Brazilia da olmayacaq» deyib və beləcə sonralar UNESCO-nun siyahısına düşən «ideal şəhər» yaranıb.

Memar BMT-nin Nyu-Yorkdakı, Fransa KP-nin Parisdəki mənzil qərargahının da layihələndirilməsində iştirak edib.

Niemeyer əfsanəvi memar Le Corbusier-nin həmkarı və silahdaşı sayılırdı.

Onun fikrincə, memarlıq dünyanı yaxşılığa doğru dəyişdirməlidir.

1988-ci ildə Niemeyer arxitektura sahəsində ən nüfuzlu mükafat olan – «Pritzker Architecture Prize»ə layiq görülüb.

Onun ən son layihəsi 2010-cu ildə açılan Belu-Horizontidəki 804 kvm-lik administrativ kompleksin binasıdır.

Oscar Niemeyer ölənəcən kommunist qaldı.

Dostu Fidel Castro onu və özünü «planetin ən son kommunistləri» adlandırmışdı.

Memar Oscar Niemeyer-dən qalan əsərlər

İspaniyanın şimalında Aviles şəhərində mədəniyyət mərkəzi.
1/9 İspaniyanın şimalında Aviles şəhərində mədəniyyət mərkəzi.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Braziliya Xarici İşlər Nazirliyinin binası.
2/9 Braziliya Xarici İşlər Nazirliyinin binası.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
İtaliyada Ravello auditoriyası.
3/9 İtaliyada Ravello auditoriyası.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Braziliya Milli Muzeyi.
4/9 Braziliya Milli Muzeyi.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Fransanın qərbində Le HAvre şəhərindəki "Vulkan" mədəniyyət mərkəzi.
5/9 Fransanın qərbində Le HAvre şəhərindəki "Vulkan" mədəniyyət mərkəzi.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Braziliya Milli Konqresinin binası.
6/9 Braziliya Milli Konqresinin binası.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Braziliya kafedral kilsə-nin içərisindən görüntü.
7/9 Braziliya kafedral kilsə-nin içərisindən görüntü.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Braziliyada kafedral kilsə.
8/9 Braziliyada kafedral kilsə.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Nyu-Yorkda BMT Baş Assambleyasının binası.
9/9 Nyu-Yorkda BMT Baş Assambleyasının binası.
Dekabrın 5-də dünyaca məşhur Braziliya memarı Oscar Niemeyer 104 yaşında vəfat edib. Braziliya paytaxtında və dünyanın başqa şəhərlərində onun yaradıcılığının məhsulları olan binalardan fotolar.
Öncəki slayd
Növbəti slayd
XS
SM
MD
LG