Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:32

Misirdə konstitusiya layihəsi ilə bağlı referendumun ikinci mərhələsi keçirilir


Foto arxiv

Bu gün Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referendumun ikinci mərhələsi keçirilir.

Layihənin əlehdarları onun daha çox islamçı partiyalara sərf etdiyini, bütün azlıqlar və qadınların hüquqlarına cavab vermıdiyini deyirlər.

Cümə günü İsgəndəriyyə şəhərində yeni konstitusiyanın tərəfdarları ilə əlehdarları arasında toqquşma olub.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
12 polis də daxil olmaqla 62 nəfər yaralanıb.

İlkin məlumatlara görə, seçkinin ötən şənbə keçirilmiş birinci mərhələsində seçicilərin 57 faizə yaxını yeni konstitusiya layihəsinin lehinə səs verib.

Əgər konstitusiya qəbul olunsa, 60 gün ərzində ölkədə yeni parlament seçkisi keçirilməlidir.

Müxalifət prezident Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG