Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:27

Ukraynada hakimin və ailə üzvlərinin başsız bədənləri tapılıb


Ukrayna polisi hakimin və onun ailə üzvlərinin başlarının kəsilməsini araşdırır.
Hakim Vladimir Trofimovun, onun həyat yoldaşının, oğlunun və oğlunun görüşdüyü qızın başsız bədənləri hakimin yaşadığı evdə tapılıb.

Onların başlarının harda olması məlum deyil.

Ukraynanın daxili işlər naziri və baş prokuroru bu hadisənin baş verdiyi Xarkov şəhərinə gediblər.

Polisin ehtimalına görə, hakimin qətli onun işi ilə bağlı ola bilər.

Polis qarət ehtimalını da istisna etmir. Trofimov nadir metal pullar, medallar və Çin heykəlcikləri toplayırdı.
Bu antikvariatın bir hissəsi indi yoxdur.

Ukraynada baş verən qətl 2000 -ci ildə jurnalist Gongadzenin qətrlini xatırladır. O vaxt yoxa çıxan jurnalistin meyitini meşədən başsız tapmışdılar.
XS
SM
MD
LG