Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 15:18

Azərbaycanda zabit və gizirlərə verilən pul kompensasiyası artırılır

Azərbaycan ordusunda zabit və gizirlərə ərzaq əvəzinə verilən pulun məbləği artırılacaq.
Bu barədə APA-ya Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətə təqdim olunmuş sənəddə kompensasiyanın məbləği 128 manatdır.
Bunun 2013-cü ilin yanvarından tətbiq edilməsi nəzərdə tutulub.

Hazırda zabit və gizirlərə ərzaqəvəzində 64 manat pul kompensasiyası verilir.

Bundan başqa, 2013-cü ildə zabit və gizirlərin sosial təminatına yönəlmiş bir sıra qərarlar gözlənilir.
This item is part of
XS
SM
MD
LG