Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:15

İstanbulda QİƏT Nazirlər Şurasının iclası keçirilir


İstanbul
İstanbul
İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclası keçirilir.

APA-nın məlumatına görə, Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu açılışda çıxış edərkən son 6 ayda qarşıya qoyulmuş məqsədlərin uğurla həyata keçirildiyini və üzv ölkələrin gələcəkdə də məqsəd və hədəflər uğrunda daha səmərəli çalışmasının vacibliyini bildirib.

İstanbul toplantısında təşkilata üzv olan ölkələrdən Azərbaycan, Ukrayna, Moldova, Yunanıstan, Albaniya və Türkiyəni xarici işlər nazirləri, Rusiya, Gürcüstan, Bolqarıstan, Rumıniya və Ermənistanı isə xarici işlər nazirlərinin müavinləri təmsil edir.

Toplantının sonunda Nazirlər Şurasına sədrlik Türkiyədən Ukraynaya keçəcək və sonda mətbuat konfransı keçiriləcək.
XS
SM
MD
LG