Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:03

İctimai nəqliyyatda gediş haqqı ilə bağlı güzəştlər qayıda bilər


-
«İctimai nəqliyyatda azyaşlı uşaqlar, tələbələr, müharibə əlilləri üçün güzəştlər nəzərdə tutulur».

Bunu «New Baku Post» qəzetinə müsahibəsində Nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Nazir müavini 2013-cü ilin ortalarına qədər avtobuslarda kartla ödəmə sisteminin tətbiq ediləcəyini bildirib.

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib.

Hazırda ictimai nəqliyyatda yalnız polislərə güzəşt edilir.
XS
SM
MD
LG