Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:45

Human Rights Watch İranda repressiyalardan bəhs edən hesabat yayıb


Beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan Human Rights Watch 2009-cu ildə prezident Mahmud Ahmadinejad-ın (Mahmud Əhmədinejad) yenidən prezident seçilməsindən sonra İranda vətəndaş cəmiyyəti qurumlarına qarşı repressiyalar güclənib.

Təşkilatın cümə günü yayılan yeni hesabatında qeyd edilir ki, seçkidən sonra kütləvi etiraz aksiyaları başladığından siyasi müxalifət, insan haqları fəalları və jurnalistlər hədəfə alınıblar: “fəallar qətlə yetirilib, işgəncələrə, siyasi məqsədli həbslərə məruz qalıblar. Toplaşma və ifadə azadlıqları davamlı şəkildə pozulub.”

BMT-nin məlumatına istinad edən Human Rights Watch təkcə 2009-cu ildə xarici ölkələrdən sığınacaq istəyən İran vətəndaşlarının sayının 11 500 nəfərə çatdığını yazır. 2011-ci ildə isə bu rəqəm 18 000 nəfərə qalxıb.
XS
SM
MD
LG