Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 22:36

114 yaşlı naxçıvanlı nənə dövlət qayğısından danışır...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 28 sentyabr 2012. sayı: 184 (20.589)


«BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNDƏ ŞƏFFAFLIĞIN TƏMİN OLUNMASI» MÖVZUSUNDA SEMİNAR – MÜŞAVİRƏ

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev muxtar respublikanın sosial – iqtisadi inkişafının uğurlu nəticələri barədə məruzə ilə çıxış edib, müxtəlif sahələrdə əldə edilən nailiyyətlərdən danışıb.

Azərbaycan Respublikası Auditorlar Palatasının aparat rəhbəri Qəşəm Bayramov şəffaflığın təmin olunmasında bələdiyyələrin rolu və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Yerli özünüidarəetmə orqanlarına cəmiyyətin marağının artırılmasında maarifləndirmə işinin düzgün təşkilinin, qarşılıqlı münasibətlərin tənzimlənməsinin, bələdiyyələrin hüquqi təminatının yüksəldilməsinin əhəmiyyətini, maliyyə - təsərrüfat işlərinin düzgün qurulmasında audit xidmətlərinin keyfiyyətli keçirilməsinin rolunu diqqətə çatdıran Qəşəm Bayramov ölkə üzrə bəzi bələdiyyələrin fəaliyyətində qanunsuzluqlara yol verildiyini deyib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati nəzarət idarəsinin baş məsləhətçisi Həfiz Əliyev məruzəsində yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin demokratik cəmiyyətin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıb.

MUXTAR RESPUBLİKANIN ƏN YAŞLI SAKİNİ

-... Bu bir qismətdir. Bəzən olur, yaxşı, qayğısız ömür sürən insanlar çox yaşayırlar. Amma, mənim həyatım çox qayğılı keçib. Onu deyə bilərəm ki, mən həmişə təbiətin qoynunda olmuşam. Uzun illər kolxozda işləmişəm, öz təsərrüfatımız da olub. Qaramallarımızı, heyvanlarımızı həmişə özüm otarmışam. Əsasən, uşaqlarım böyüdükdən sonrakı vaxtları deyirəm. Elə olub ki, səhər mal – heyvanı otlağa aparmışam və bir də axşam qayıtmışam. Yeməyimi də açıq havada, çöldə - bayırda yemişəm. Mən dövlət qayğısını indi hiss edirəm. Əvvəllər belə deyildi. Rayonumuzun sosial təminat işçiləri məni heç unutmurlar. Tez –tez gəlib ehtiyaclarımla maraqlanırlar. İdarənin işçisi Həcər Hüseynova mənim bütün məişət işlərimi həll edir. Çox yaxşıyam, sağlamlığım yerindədir. Dövlətimiz uzunömürlü olsun. Həmişə həkim göndərirdilər. Məni pulsuz müayinə və müalicə edirlər.

Sonra həyətyanı torpaqlardakı bağçanı göstərib deyir: «Bu meyvəli ağacların hamısını illər əvvəl özüm əkmişəm». Bağda çoxlu şaftalı, alma, armud, cəviz ağacları var idi. Hamısının da budaqları yerə dəyirdi.

Sonda ahıllara göstərilən diqqət və qayğıya görə dövlətimizə bir daha minnətdarlığını bildirdi. Dedi ki, bildiyimə görə, Ahılların Günü ərəfəsində yenə məni görməyə gələcəklər. Bax, məni uzunömürlü edən səbəblərdən biri də göstərilən diqqətdir. Son 15 – 16 ildə rahat yaşayışımızı üçün belə şərait yaradılmasaydı, bəlkə də, çoxdan haqq dünyasına qovuşmuşdum.
XS
SM
MD
LG