Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Müsavat üzvü Nigar Yaqublunun növbəti məhkəməsi olub


 Nigar Yagublu
Nigar Yagublu
Abşeron Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun növbəti məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına prosesdə cinayət işini araşdıran Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsinin müstəntiqi Rafiq Həsənov şahid qismində ifadə verib.
Rafiq Həsənov deyib ki, hadisədən sonra qəza yerinə baxış keçirərkən Nigar Yaqublunu yaxınlıqdakı bir həyətdə oturan görüb.
Maşını kimin idarə etdiyini soruşanda Nigar deyib ki, maşını o idarə etmirmiş və sürücülük vəsiqəsi yoxdur.

Müstəntiq onu da deyib ki, qəza nəticəsində dünyasını dəyişən Aydın Acalovun meyitini morqa aparanda həyətdə bir kişi ona yaxınlaşaraq mərhumun qohumu olduğunu və avtomobili Nigarın idarə etdiyini deyib.

Rafiq Həsənov vəkillərin suallarına da cavab verib.
Nigar Yaqublunun vəkilləri Adil İsmayılovla Elton Quliyev Nigar Yaqublu və müstəntiq arasında üzləşmə keçiriblər.

Növbəti proses dekabrın 17-nə təyin edilib.

Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb və barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Buna səbəb Musavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasıdır.
XS
SM
MD
LG