Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 19:07

ABŞ rəsmisi Bakıda çirkli pullar problemini müzakirə edib


Arxiv foto.
-

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Bakıda çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələlərini müzakirə edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən yayılan rəsmi xəbərə görə Nazirliyin Xəzinədarlıq Departamenti katibi müavininin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətlərinə qarşı mübarizə üzrə köməkçisi Luke Bronin (Lük Bronin) dekabrın 11-12 Bakıda olub.

Onun səfəri zamanı İrana qarşı olan beynəlxalq sanksiyaların effektiv tətbiqinin vacibliyinə də toxunulub.

Səfirlikdən yayılan məlumatda deyilir ki, ABŞ Azərbaycan hökumətinin maliyyə pozuntularına qarşı mübarizəsini qiymətləndirir. Amma rəsmi xəbərdə Luke Bronin-in Azərbaycanda kimlərlə görüşdüyü, müzakirə olunan məsələlərin detalları qeyd edilmir.

Luke Bronin eyni mövzuların müzakirəsi üçün bu həftə Tbilisiyə səfər edəcək.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG