Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:31

İctimai Palata Fəvvarələr Meydanında aksiya keçirib [Video]


İctimai Palata Fəvvarələr Meydanında etiraz aksiyası keçirdi
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00
-
«Yasamal və Səbail rayon polis idarələrinə aparılan aksiya iştirakçıları artıq sərbəst buraxılırlar. Bizdə olan məlumata görə, indiyədək təxminən 30 nəfər azad edilib».

Müsavat Partiyasından aldığımız məlumatda belə deyilir:

«Saxlananlar cərimə olunduqdan sonra sərbəst buraxılırlar. Belə görünür ki, tutulanlar məhkəməyə aparılmayacaqlar».

Təşkilatçılar İctimai Palatanın aksiyasında 116 adamın saxlandığını bildirirlər. DİN isə bu rəqəmi nə təkzib edir, nə də təsdiq. Sadəcə uyğun araşdırma aparıldığını bildirir.

SAXLANANLARIN SAYI 80-Ə ÇATIB

Təşkilatçılar İctimai Palatanın aksiyasında saxlanan 66 nəfərin adını yayıb. Ancaq saxlananların sayının 80-ə çatdığı deyilir. Saxlananlar Səbail, Nəsimi və Yasamal Rayon Polis İdarələrinə aparılıb.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna saxlananların sayı haqda məlumatı təkzib etməyiblər. Əlavə ediblər ki, indilik saxlananlarla bağlı müvafiq araşdırma aparılır.




AKSİYA BAŞA ÇATIB

İctimai Palatanın aksiyası başa çatıb. Təşkilatçıların təxmini hesablamalarına görə, 80-dək fəal saxlanıb. Ancaq siyahıda onların 29-nun adı göstərilib.

Saxlananların sayı haqda indilik hüquq-mühafizə orqanlarından hər hansı məlumat ala bilməmişik. Daxili İşlər Nazirliyindən bildirirlər ki, bu haqda bir qədər sonra məlumat veriləcək.

80-DƏK FƏALIN SAXLANDIĞI DEYİLİR

Aksiya təşkilatçıları 80-dək fəalın saxlandığını bildirirlər. Saxlananlar Səbayel Rayon Polis İdarəsinə aparılıb. Məlumatda deyilir ki, siyahı dəqiqləşdirilir və əlavə məlumatlar veriləcək.

AKSİYADA 20-DƏK FƏAL SAXLANIB

İctimai Palatanın aksiyasında 20-dək fəal saxlanıb: Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Rüfət Hacıbəyli, Tural Abbaslı, Əhəd Məmmədli, Səxavət Soltanlı, Ayxan Hacıbəyli, Hüseyn Məlik, Nərgiz Yaqublu, Elman Həsənli, Əli Həsənli, Yaşar Türkazər, Elçin Cərulla, Şamil Beydulla, Natiq Ağayev, Vasif Qiyasbəyli, Dunyaxanım Vahabova, Uğur Uğurov.

Təşkilatçılar saxlananların çox olduğunu və siyahının dəqiqləşdirildiyini bildirirlər.

Your browser does not support iframes.


AKSİYANI DAĞIDILMASINDA MÜLKİGEYİMLİLƏR DƏ İŞTİRAK EDİR

Aksiya iştirakçılarının dağıdılmasında mülkigeyimlilər də iştirak edir.
AzadlıqRadiosunun «Aksiyada neçə adam saxlanıb» sualını polis cavablandırmır.

ƏSAXLANANLAR ARASINDA QADINLAR DA VAR

Bu dəqiqələrdə aksiya iştirakçıları yenidən şüarlar səsləndirməyə başlayıblar.

Onlar «Azadlıq» və «Parlament buraxılsın» şüarını səsləndirirlər. Polis onları saxlamağa və uzaqlaşdırmağa çalışır. Saxlananlar arasında qadınlar da var.

FƏVVARƏLƏR MEYDANI BOŞALDILIR


AzadlıqRadiosunun əməkdaşları xəbər verirlər ki, Fəvvarələr Meydanı boşaldılır.

Polis 3 istiqamətdən kordon yaradaraq meydana girmək istəyənlərin qarşısını kəsir.

Fəvvarələr Meydanı demək olar ki, boşdur.

Polis aksiya iştirakçılarını və ya şübhələndikləri şəxsləri dərhal avtomobilə mindirib ərazidən uzaqlaşdırırlar.

İCTİMAİ PALATA AKSİYA KEÇİRİR

İctimai Palatanın Fəvvarələr Meydanında keçirilən aksiyası başlayıb. Aksiyaçılar «İstefa» şüarı səsləndirirlər. Onlar parlamentin buraxılmasını, sərbəst toplaşma, ifadə və söz azadlıqlarının təmin olunmasını, parlamentin buraxılmasını tələb edirlər.

AzadlıqRadiosunun müxbirləri saxlananların olduğunu bildirir.


İP-nin 10 dekabr aksiyası
İP-nin 10 dekabr aksiyası
İctimai Palatanın İnsan Haqları günü münasibətilə keçirəcəyi aksiyadan əvvəl həbslərin olduğu haqda məlumatlar olub.

Müsavat Partiyasının AzadlıqRadiosuna verdiyi məlumatda deyilir ki, Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas, onun müavini Vidadi Feyzi, partiyanın Sumqayıt şəhər təşkilatının şura üzvləri Xanım MirzəyevaBalabəy Əliyev, AXCP üzvü, blogger Elçin Həsənov səhər saatlarına Sumqayıt polisi tərəfindən saxlanılıb.

Rövşən Muradın isə 1-ci polis bölməsinə aparıldıqdan bir müddət sonra sərbəst buraxıldığı bildirilir.

Məlumatda o da deyilir ki, Müsavat Partiyası başqanının müşaviri Yeganə Hacıyevanın yaşadığı evə dörd nəfər polis işçisi gələrək, atasını hədələyiblər. Yeganə Hacıyeva həmin vaxt evdə olmayıb.

Daxili İşlər Nazirliyindən həbslərlə bağlı münasibət ala bilməmişik.


İNSAN HAQLARI GÜNÜNDƏ ETİRAZ AKSİYASI

10 dekabr beynəlxalq İnsan Haqları Günüdür. Bu günü qeyd etməkdə məqsəd insanları, xüsusən də uşaqları və yeniyetmələri insan haqları ilə tanış etmək, bu haqların vacibliyini aşılamaqdır.

1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası İnsan Haqları Bəyannaməsini qəbul edib.

Bu gün Bakıda İnsan Haqları günü ilə bağlı müxalif qüvvələrin birləşdiyi İctimai Palatanın da aksiya keçirəcəyi gözlənilir. Onlar təməl insan haqları sayılan sərbəst toplaşma, ifadə və söz azadlıqlarının təmin olunmasını tələb edəcəklər. Tələblərdən biri də Milli Məclisin buraxılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanın keçirilməsinə icazə verməyib.

İctimai Palata parlamentin qeyri-legitim formalaşdığını və fundamental hüquqlardan biri - seçki hüquqlarının pozulduğunu iddia edir.

Hökumət isə Azərbaycanda insan haqlarının təmin olduğunu bəyan edir və beynəlxalq təşkilatların bu yöndə tənqidlərini və tövsiyələrini qəbul etmir.
XS
SM
MD
LG