Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

Dəməşqin beynəlxalq hava limanı hərbi zona elan edildi



Suriyada silahlı müxalifət qrupları paytaxt Dəməşqdəki beynəlxalq hava limanını hərbi zona elan edib. Yaraqlıların Dəməşqdəki hərbi şurasının sözçüsü dekabrın 7-də bildirib ki, bu hava limanı artıq bir hərbi hədəfdir və ora gedən mülki sakinlər və hava yolları şirkətləri hər hansı hadisəyə görə məsuliyyəti özləri daşıyırlar.

Xarici hava yolları şirkətləri keçən həftədən təhlükəsizliklə bağlı problemlərə görə Dəməşqə uçuşlarını təxirə salıblar.

Suriyanın özündən gələn xəbərlərə görə hazırda paytaxt Dəməşqdən beynəlxalq hava limanına gedən əsas yolda döyüş gedir.

Son iki ilə yaxın müddətdə Suriyada rejimin dəyişdirilməsini tələb edən müxalifətlə hökumət qüvvələri arasında toqquşmalarda insan haqları fəalları 40 000-ə yaxın adamın həlak olduğunu bildirirlər.

Eyni zamanda Suriyanın Xarici İşlər nazirinin müavini bu gün bildirib ki, onun hökumətinin guya kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını iddia etməklə Qərb qüvvələri Suriyaya müdaxiləyə əsas yaratmağa çalışırlar.
XS
SM
MD
LG