-
Dekabrın 7-də yerli qəzetlər nəyə diqqət çəkib? Mətbuat icmalını təqdim edirik:
NEFT AZALIR, BORC ÇOXALIR
«Bizim yol» qəzeti 10 milyardı keçən xarici borcların qaytarılmasında Azərbaycanın problemlə üzləşə biləcəyini yazır. Qəzet bunu xarici borcların qaytarılması ərəfəsində neft gəlirlərinin azalması ilə əlaqələndirir.
Qəzetə görə, neft gəlirləri azalacağı təqdirdə, 2020-ci ildən sonra xarici borcu ödəməkdə valyuta qıtlığı yarana bilər.
MEKSİKA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİ KİM POZUB?
«Yeni Azərbaycan» qəzeti Meksikada Azərbaycana qarşı aparılan kampaniyanın arxasından erməni lobbisinin çıxdığını yazır. Qəzetə görə, «ölkəmizin beynəlxalq uğurlarını qısqanclıq və qəzəblə qarşılayan erməni lobbisi müxtəlif qurumlar vasitəsi ilə Azərbaycanın Meksika ilə əlaqələrinə kölgə salmağa çalışır».
Mexiko Paytaxt Komissiyası noyabrın 23-də şəhər meriyasına Xocalı faciəsi qurbanlarının memorialı və Heydər Əliyevin abidəsinin şəhərdən götürməyi tövsiyə edib.
3 NƏFƏR 8 MİN TOYUQ OĞURLAYIB?
«Yeni Müsavat» Xəzər rayonunda baş verən toyuq oğurluğundan yazır. Daxili İşlər Nazirliyinə istinadən qəzet yazır ki, Lənkəran sakinləri olan 3 nəfər Xəzər rayonunda, sahibkar Mürvət Həsənliyə məxsus quşçuluq fermasından 8 min toyuq oğurlayıblar. Amma məlumatda 3 nəfərin 8 min toyuğu necə oğurladığı və hara apardıqları açıqlanmır.
NƏZƏRİ VƏ PRAKTİK BOŞLUĞU DOLDURAN MƏQALƏ
«Azərbaycan» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» məqaləsinin Slavyan Universitetində müzakirə olunduğunu yazır. Qəzetin yazdığına görə, müzakirələr zamanı qeyd edilib ki, sözügedən yazı həm nəzəri boşluğu, həm də Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyətlərlə bağlı praktik boşluğu doldurur.