Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 12:43

Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb

Azərbaycan prezidenti İLham Əliyev
Azərbaycan prezidenti İLham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına görə, 7 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğin müəyyən olunmuş qaydada təmin edilməsi, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
XS
SM
MD
LG